Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Röya Ayxanın ünvanına təriflər yağdırıb.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, Z.Xanlarova müğənni haqda bunları deyib:
"Oxuyanların içində ürəyimə yatan Röyadır. Mən onu çox bəyənirəm, bunu dəfələrlə demişəm. Ürəkdən danışıram. Onun 50 qram səsi var, 1 ton ürəyi. Ondan xoşum gəlir, qulaq asa bilirəm. O birilər inciməsinlər, yalandan tərifləyə bilmərəm".
Qeyd edək ki, Z.Xanlarova bu sözləri "Rəngarəng" verilişində söyləyib.