Övladını öldürən qadın məhkəməyə verdiyi ifadəsində bildirib ki, körpəni ayaqyolunda dünyaya gətirib, yuduqdan sonra uşağı soyuducuda dondurub öldürüb. Donaraq ölən körpənin cəsədi qadının bacisi tərəfindən aşkarlanıb.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə hadisə Fransanın cənubunda ucqar əyalətdə qeydə alınıb.
Belçika əsilli 32 yaşlı 2 övlad anası yeni doğduğu körpəni soyuducuya qoyub öldürdüyü üçün məhkəməyə qarşısına çıxarılıb. Törətdiyi cinayət əməlinə görə məhkəmə ona 7 il həbs cəzası kəsib.