Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, İlham Əliyev və xanımını Türkiyədə yüksək səviyyəli dövlət adamları qarşılayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.
Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər.