Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Türkiyə mətbuatına verdiyi müsahibə müzakirələrə yol açıb.
N.Cavadzadə bildirib ki, kişi pərəstişkarları ona instaqramda çılpaq şəkillərini( red-cinsiyyət orqanlarının fotolarını) göndərirlər. Aktrisa həmin fotoların heç birini silmədiyini bildirib:
"Əvvəllər belə hadisələr məni çox üzürdü. Sonra ağlıma dahiyanə bir fikir gəldi. Həmin fotoların heç birini silmirəm, sərgi təşkil edəcəyəm. Həmin fotoları sərgidə nümayiş etdirəcəyəm. Əgər kişilər cinsiyyət orqanlarını bu şəkildə sərgiləməkdən məmnundurlarsa, qadın da bunlardan sənət nümayiş etdirməkdə bir qüsur görməməlidir".
Həmin sərgiyə görə sizi məhkəməyə verə bilməzlər? sualına aktrisanın cavabı belə olub:
"Onların etdikləri bu hərəkət cinsi zorakılıqdan başqa bir şey deyil. Əksinə, mən onları məhkəməyə verə bilərəm. Heç birinin cinsiyyət orqanının şəkilini məcbur əldə etməmişəm. Haradan bilirsiniz, bəlkə də məşhur olacaqları üçün xəşbəxt də oldular".
(big.az)