Liviyanın keçmiş əmək naziri Məhəmməd Sualem Sirt şəhəri yaxınlığında hökumət qüvvələri ilə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları ilə toqquşmada ölüb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, o 2012-2015-ci illərdə Ali Zeydanın hökumətində adıçəkilən nazirliyə rəhbərlik edib.
Məlumatda qeyd edilir ki, keçmiş nazir Liviyanın qərbində Milli həmrəylik hökumətini dəstəkləyən qüvvələrin hərbi əməliyyatlarından birinə rəhbərlik edərkən Abu-Qreyn şəhərində ölüb. Toqquşmada daha 5 hərbçi də yaralanıb.