Şəmkirdə qadın dərmandan zəhərlənib.
Şəmkir şəhər sakini, 1987-ci il təvəllüdlü Amalya Qələndərova dərman zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
A.Qələndərovanın hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
(apa.az)