Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov avqustun 21-də Minsk şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, səfər Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə həyata keçirilir.