Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da təhsil müəssisələrinə artan hücumlarla əlaqədar müəllimlər dərs zamanı silahlı olmalıdır.

Unikal.org bu barədə azvision.az-a istinadən məlumat verir. 

"Mən siniflərdə silahın olmasını istəmirəm, lakin bəzi hallarda müəllimlərin silahı olmalıdır. Düzünü desək, bizim məktəblərdə baş verənlər, sadəcə, inanılmazdır", - deyə Tramp bildirib. 

ABŞ Milli Atıcılıq Assosiasiyası (NRA) Trampın məktəb və hərbi bazaları azad silah daşımağın qadağan olunmayan ərazilərdən köçürülməsi barədə təklifini də dəstəkləyib. 

Milli.Az