Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun C.Hacıbəyli küçəsində yerləşən parkdan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunu oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Əli Ələkbərov 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Əli Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.