Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub

Unikal.org "Report"a istinadən bildirir ki, yol qəzası zamanı dörd nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bunlar Bərdə rayon sakinləri, "VAZ" markalı avtomobilin sürücüsü Orxan Süleymanov, və sərnişin 23 yaşlı Nərgiz Məmmədova və digər avtomobillərin sürücüləri, Elman Cəfərov, Akif Məmmədovdur.

Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

19:04

Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı avtomobillər bir birinə deyib. Qəza zamani "VAZ-21011" markalı avtobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.