Şəmkir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, şadlıq saraylarının birinin önündə baş verib. Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobillə digər bir avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan, 1988-ci il təvəllüdlü Xaliq Rüstəmov, 1967-ci il təvəllüdlü Cabir Səfərov və 26 yaşlı Hüseyn adlı şəxs travmatologiya şöbəsinə yerləşdirilib. Daha bir nəfərin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır