Ucar rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai Santa Fe markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə ikisi azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər azyaşlı sərnişinə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.