UEFA iki komandanı cərimələyib.
Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki,Çempionlar Liqasının üçüncü seçmə turunun cavab matçında Yunanıstanın PAOK klubunu qəbul edən Rusiyanın "Spartak" komandası 31 min avro cərimə ödəməli olacaq.
Buna səbəbazarkeşlərinqadağan olunmuş şüarlarsəsləndirməsidir.
Bundan başqa, PAOK klubu da Yunanıstanın Saloniki şəhərində baş tutmuş ilk qarşılaşmada azarkeşlərin lazerdən istifadə etmələrindən dolayı 22 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Spartak" iki oyunun nəticəsinə görə (0: 0 və 2:3) mübarizəni Avropa Liqasının qrup mərhələsindədavam etdirəcək.