Sumqayıt şəhərində mənzildə 19 yaşlı gəncin meyiti tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə birnəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1999-cu il təvəllüdlü Sənan Qədimoğlan oğlu Ülvizadənin meyitini aidiyyəti üzrə təhvil veriblər.

xxx

Sumqayıt şəhərində mənzildə meyiti tapılan 19 yaşlı gəncin intihar etdiyi məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yeləşən mənzillərin birində meyti tapılan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.