Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Unikal.org  xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış qarşılaşması Qəbələdə olacaq. Burada şəhərin eyni adlı təmsilçisi "Sumqayıtı qonaq edəcək.

"Sumqayıtla "Qəbələ yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 3 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. Maraqlıdır ki, hər iki kollektiv "Neftçiyə uduzub. Əvəzində, "qırmızı-qaralar evdə "Səbaili 3:0, sumqayıtlılar isə səfərdə "Sabahı 4:1 hesabı ilə məğlub edib.

Bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da "Qəbələ, cəmi 2-də "Sumqayıt qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. "Gənclər şəhəri təmsilçisi son 4 oyunda 3 xal qazana bilməyib.

Günün digər oyunu "Zirə ilə debütant "Sabah arasında olacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç "Dalğa Arenada keçiriləcək. Bu kollektivlər də qonşu pillələrdə qərarlaşıblar. İlk turda "Keşləni bir cavabsız qolla məğlub edib, ardınca "Sumqayıta uduzan "Sabah 5-ci sıradadır. "Qarabağla oyunu təxirə salınan, evdə "Keşlə ilə 2:2 hesabı ilə heç-heçə edən "Zirə isə 6-cı pillədədir.

Qeyd edək ki, III tura avqutsun 26-da keçiriləcək "Keşlə - "Səbail və "Qarabağ - "Neftçi görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

III tur

25 avqust


18:00. "Qəbələ - "Sumqayıt

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

20:30. "Zirə - "Sabah

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

"Dalğa Arena