Şəkidə mağaza sahibindən hədə-qorxu ilə pul alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Unikal.orga verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Abbas kəndi ərazisində yerləşən mağazalardan birinə gəlmiş 2 nəfər naməlum şəxs oradan aldıqları şirniyyatdan uşaqlarının zəhərlənməsini bildirib, bu barədə hüquq mühafizə orqanlarına xəbər verəcəkləri ilə hədələyərək mağazanın sahibindən 170 manat pul alıblar.
Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Fariz Yəhyayev və Kəlbəcər rayon sakini İpək Məmmədova saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.