Bakıda "Opel markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yüksək sürətlə "Nissanmarkalı minik avtomobilinə çırpılıb.

Unikal.org-un oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Hənifə Əsgərov küçəsində baş verib.

Nəticədə ərazidə tıxac yaranıb.

Təcili tibbi yardım maşınları da qəza baş verən yerə yaxınlaşa bilmir.