Qubada bəy-gəlinin olduğu maşın aşıb. 

Unikal.org "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə Qubanın Zıxır kəndində baş verib. Bəylə gəlinin avtomobili toy günü dağlıq ərazidən keçən meşə yolunda aşıb. Bəy və gəlin yüngül xəsarətlər alıb.Qəza səbəbindən yol bir müddət bağlı qalıb.Faktla bağlı araşdırma aparılır.