Gədəbəy rayonunda yol qəzası baş verib.

Unikal.org-a  FHN-dən verilən məlumat əsasən, rayonun Qaradağ kəndində "VAZ markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.