Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhərin Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində sürücü xəsarət almasa da, maşında olan 1997-ci il təvəllüdlü həyat yoldaşı Aygün Verdiyeva yaralanıb.

Xəstəxanaya aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.