Füzuli rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində odlu silahla qətlə yetirilən Tumas Musayevin atasi Elçin Musayev bildirib ki, cinayət hadisəsi onun şəxsi fermasında ötən gün axşam baş verib. Özü Bakı şəhərində olduğu üçün övladı T.Musayev fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. Hadisənin törədildiyi odlu silah isə onun özünə məxsus olub. E.Musayev silahı fermada heyvanları yırtıcılardan qorumaq üçün saxladığını bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

10:36

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır.