Naxçıvan şəhərində yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 25-də saat 8 radələrində Naxçıvan şəhəri ərazisində Şərur rayon sakini Kamal Camallının idarə etdiyi "Hyundai və Şahbuz rayon sakini Fikrət Qaybalıyevin idarə etdiyi "VAZ-21074 markalı avtomobillər toqquşub. Nəticədə F.Qaybalıyevin sərnişini Rafiq Qaybalıyev hadisə yerində ölüb.

Naxçıvan şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.