Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Unikal.org-un oxu.az-a istinadən xəbərinə görə, hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.

15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Yeniyətmə topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.

T.Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Tamerlan Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.