Şəkidə quyuya düşən şəxs xilas edilib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1 nəfər quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri vətəndaşı dərinliyi təqribən 3 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.