Lənkəran rayonunda naməlum kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, orta yaşlarında olan şəxsin intihar etdiyi ehtimal olunur.

Meyit asılmış vəziyyətdə dəniz kənarına yaxın ərazidə aşkarlanıb və müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.