Gədəbəydə qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

*** 15:40

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.