Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:01:49-da Lerikdə, Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.
Maqnitudası 3,7 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.