Tovuz rayonunda yerli sakin döyülərək ağır xəsarət alıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Əvəz Quliyev Qovlar şəhərində hələ ki, məlum olmayan şəraitdə döyülərək ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən Ə.Quliyevə tibbi yardım göstərilib və o, palataya yerləşdirilib.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.