Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları ölkə ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydləri davam etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, reyd zaman Masallı rayonu ərazisində "Kamaz markalı 44-BX-788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilən 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.