Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı avtomobil vurub.

Unikal.org-un  report-a istinadən məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızıSadıqovanıyolu keçmək istəyərkən maşınvurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.