Siyəzəndə dənizdə kişi meyiti aşkarlanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Siyəzən rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Ələsgərov Fərəməz Əsgər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.