Sabirabad rayon sakininin ayağını "laqunda kəsib.

Unikal.org Report-a istinadən məlumatına görə, Sabirabad sakini, 1986-cı il təvəllüdlü Abıyev Samir Faxrəddin oğlu ehtiyatsızlıqdan elektrik kəsici aləti (laqunda) ilə ayağını kəsib.

Sabirabad və daha sonra Şirvan xəstəxanasına yerləşdirilən yaralı əməliyyat olunub. Damarların və vətərlərin tikilməsindən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib.