Ukraynanın "Borispol aeroportunun iki vəzifəli şəxsi korrupsiya qalmaqalına görə saxlanılıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Andrey Lısenko aeroportun satınalma xidmətinin və bu xidmətin texniki-material təminatı şöbəsinin rəhbərlərinin 141 min qriven (5000 min dollardan artıq) rüşvət aldıqlarına görə saxlanıldıqlarını deyib. Onlar işlərin və xidmətlərin satınalınması üzrə elan olunan tenderdən 10-20 faiz əlavə rüşvət almaqda ittiham edilirlər.

Hazırda "Borispol aeroportunda Kiyev vilayəti prokurorluğunun əməkdaşları yoxlamaları davam etdirirlər.