Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatı yaxşılığa doğru dəyişməyəcəyi təqdirdə, ölkəsinin təşkilatdan çıxacağını istisna etməyib.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu "Bloomberg"ə müsahibəsində deyib.

"Əgər onlar öz işlərini yaxşılaşdırmasalar, mən ÜTT-dən çıxacağam", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ÜTT-də ABŞ ilə "uzun illərdir ki, çox pis davranırlar və təşkilat "dəyişməlidir".