Tovuz rayonunda boynundan arı sancan qadın ölüb

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən - şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.