Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kkiniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.