Bakıda "Topaz mərc oyunları məntəqəsi qarət olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a məlumat verilib.

Verilən məlumata görə, məlumat daxil olandan sonra Nəsimi rayon Polis İdarəsi 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat nəticəsində Turqay Purdari saxlanılıb.

Saxlanılan Turqay Purdarinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki zirzəmilərin birindən məişət əşyaları və "Topaz mərc oyunları məntəqəsindən 300 manat pul və noutbuk oğurlaması da müəyyən edilib.