Qazaxıstanda 5.2 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, zəlzələ Almatıdan 53 kilometr cənub-şərqdə qeydə alınıb.
Təkanların dərinliyi 15 kilometr olub. Almatıda zəlzələ 4 bal gücündə hiss edilib.
Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.