Prezident İlham Əliyev bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı hərbi-texniki sahədə gələcək əməkdaşlıq barədə müzakirələr aparıb.
Unikal.org xəbər verir ki, ölkə başçısı mətbuata verdiyi birgə bəyanatda Rusiya ilə hərbi sahədə əməkdaşlığın böyük ənənələrinin olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.
"Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır".