Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.

Unikal.org-un Türkiyə mediasına istinadən məlumatına görə, Oğuzeli-Kilis istiqamətində hərəkət edən yük maşını mikroavtobusla toqquşub.

Nəticədə 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.