İranın paytaxtı Tehranda yaşayış evində partlayış olub.

Unikal.org İran mətbuatına istinadən xəbə verir ki, hadisə nəticəsində  1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. 
 
Məlumatda bildirirlir ki, hadisə mənzilə qaz sızması nəticəsində baş verib. Baş vermiş partlayış evi tam dağıdıb və yaxınlıqdakı evlərə zərər vurub.

Hazırda hadisə yerində xilasedici qüvvələr, səhiyyə işçiləri və polis əməkdaşları cəlb olunub. Dağıntılar altında insanların qalması ehtimal olunur.