Moldova şirkətinə məxsus vertolyot Əfqanıstanda qəzaya uğrayıb.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Mülki Aviasiya Orqanı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Valan International Cargo Charter" hava şirkətinə məxsus "MI-8 MTV" vertolyotu Məzari-Şərif şəhərindəki hərbi bazadan səmaya qalxdıqdan sonra yerə çırpılıb. Hadisə zamanı vertolyotda 3 heyət üzvü, 1 Ukrayna və 11 Əfqanıstan vətəndaşı olub. Qəza nəticəsində 2 heyət üzvü və 10 sərnişin həlak olub, daha 2 nəfər isə sağ qalıb.

Mülki Aviasiya Orqanından bildirilib ki, əlavə informasiya toplamaq və qəzanın səbəbini araşdırmaq üçün təhqiqat aparılır.