Filippində partlayış olub.

Unikal.org  xəbər verir ki, bu barədə "Rappler" polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 19:30-da, Sultan-Kudarat vilayətinin İsulan şəhərində, yaşayış binasında qeydə alınıb. Bombanın partlaması nəticəsində 1 nəfər ölüb, daha 14 nəfər yaralanıb. 

Polis hadisə ilə bağlı təhqiqat aparır. Qeyd edək ki, cümə günü İsulanda baş verən partlayış zamanı azı 2 nəfər ölüb, 36 nəfər yaralanıb.