Türkiyənin İzmir şəhərində özəl xəstəxanada omba böyütmə əməliyyatı etdirən 29 yaşlı İngiltərə vətəndaşı olan xanım dünyasını dəyişib.

Unikal.org xarici kiv-ə istinadən xəbər verir ki, üç uşaq anası olan Leah Kembric əməliyyat olunmaq üçün İzmirdə xüsusi xəstəxanaya yerləşdirildi.Opr. həkim A.Ü. tərəfindən əməliyyat olunan Kembric 27 avqust tarixində həyatını itirdi.Gənc xanım əməliyyat olmadan öncə ölüm riskinə görə sənədlər imzaladığı üçün ailəsi şikayətçi olmayıb.Ona görə də qadının meyidi yarılmadan ailəsinə verilərək İngiltərəyə yola salınıb.