Türkiyənin Sançaktəpə bölgəsində küçədə iki polis arasında qarşıdurma baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən hadisə nəticəsində bir polis həyatını itirib, polisin xanımı və digər qanun keşiksi yaralanıb.Hadisə Şamlıq məhəlləsində baş verib.Şahidlərin verdiyi məlumata görə, küçədə iki şəxs bir-birinə atəş açıb.Əraziyə çoxlu sayda polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.