İŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ informasiya və beynəlxalq münasibətlər xidmətinin rəhbəri Sergey Beseda bildirib.
"2014-cü ildə olan maliyyə gəlirləri ilə müqayisə etsək, o vaxt bu rəqəm, təxminən, 3 milyard dollar idi. İndi isə İŞİDterror qruplaşmasıildə 200-300 milyon dollar ala bilir", - S.Beseda deyib.
Onun sözlərinə görə, gəlirlərin azalması neft hasilatından və yaraqlıların nəzarət etdikləri ərazilərdə tətbiq etdikləri vergilərdən gələn maliyyənin aşağı düşməsi ilə bağlıdır.