Ukraynanın Donetsk bölgəsində rusiyalı hərbi müxbir və "VarQonzo" layihəsinin müəllifi Semona Peqovaya Rusiyanın Birinci kanalında yayımlanan "Vaxt göstərəcək" proqramının canlı yayımı zamanı hücum olub.

Unikal.org xəbər verir ki, naməlum şəxs separatçı qurumdan canlı yayım edən müxbirə hücum edib və onu dartaraq kadrdan çıxarıb.

Peqov qısa müddətdə canlı yayıma qayıda bilib və aparıcı Artyom Şeyninin suallarını cavablandırıb. Buna baxmayaraq, arxa kadrda dava davam edib.

"Hər şey qaydasındadır. Bu, formada olan şəxsin heç də adekvat olmayan provokasiyasıdır. Ancaq uşaqlar onu buradan apara bildilər", - hərbi müxbir hadisəni şərh edərkən deyib.

 

Hücumun motivi və şəxsin kimliyi hələlik müəyyən edilməyib.