Trabzonun Maçka mahalında 41 yaşlı Turan Ç. boşandığı həyat yoldaşı 42 yaşlı Hədiyyə Kargı ögey oğullarını və qaynanasını tapança ilə vuraraq yaralayıb.

Unikal.org xəbər verir ki, Sürmənədən Maçka mahalına gələn Turan Ç. bir müddət əvvəl boşandığı həyat yoldaşı Hədiyyə Kargı ilə mübahisə edib. O daha sonra keçmiş həyat yoldaşının yaşadığı mənzilə balkondan şüşəni qırıb girib.

Mənzildə təhdidər yağdıran Turan.Ç üzərində daşıdığı silahla Hədiyyə Kargı, ögey oğlanları 18 yaşlı Berkay, 19 yaşlı Batuhan Bülbülü və qaynanası 68 Bedriya Kargını vurub. Bölgəyə çox sayda polis və sağlamlıq işçisi cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Polis istintaqı davam etdirir.