Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.

Unikal.org-un məlumatına görə, T.Qreminger Bakıya sentyabrın 12-də gələcək.

Səfər zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq.