Türkiyə Silahlı Qüvvələri II Ordu komandanı, general İsmayıl Metin Temelin peşmərgə geyimində və əlində "Kalaşnikov" avtomatı ilə fotoları yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, generalın fotolarının 1990-cı illərdə Şimali İraqda çəkildiyi bildirilir. Xəbərdə qeyd edilib ki, İşmayıl Paşa o zaman Bərzani ilə Təlabani arasında baş verən döyüşlər zamanı bölgədə olan türk əsgərləri ilə birlikdə olub.

Məlmat üçün bildirək ki, 24 İyun seçkiləri öncəsi müxalif partiya CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə "Onun paqonlarını sökəcəm demişdi.

Xatırladaq ki, general İsmayıl Metin Temel Türkiyənin Suriya ərazilərində keçirdiyi "Firat Qalxanı və "Zeytun Budağı əməliyyatlarına rəhbərlik edib. General xidməti dövründə yalnız terror hadisələrinin olduğu bölgələrdə fəaliyyət göstərib.